Sumqayıtda “dəvə qutabı” ilə bağlı reyd: qanun pozuntuları aşkarlanıb
Daxil olan müraciətlər əsasında AQTA əməkdaşları Sumqayıt şəhərində bir sıra ictimai iaşə obyektlərində yoxlamalar aparıb. Reyd zamanı bəzi restoran və kafelərdə “dəvə qutabı” adı ilə təqdim olunan məhsulların tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi ilə bağlı sənədlərin olmadığı müəyyən edilib. Aşkarlanan faktlarla bağlı sahibkarlara qanunvericiliyə uyğun göstərişlər verilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti İlkin Məmmədkərimov bildirib ki, dəvə qutabı verilən istənilən yerdə əmin olun ki, onun içində dəvə əti yoxdur:
“Sadəcə mal ətinə şəkər tozu əlavə olunur. Bunu "dəvə qutabı" adı ilə insanlara satırlar. Bu isə istehlakçı haqlarının pozulması hesab olunur. Biz dəvə qutabına mal ətinin qatıldığını fərz edirik. Lakin elə o ətin də mənşəyi sual altındadır. Çünki bizdə rəsmi qanunla at və eşşək ətinin satışı qadağandır. Cərimə tətbiq olunur. Bununla bağlı çox ciddi nəzarət tədbirləri həyata keçirilməlidir. Bunlar yoxlanılmalı və ictimaiyyətə məlumat verilməlidir. Uyğunsuzluq aşkar olunduğu halda fəaliyyəti dayandırılmalıdır”.
Banu Məmmədova
