00:00:00
Yazar
Səadət Əlizadə
23.10.2026 21:52 32 2 dəq oxuma
Texnologiya

Süni intellekt elmi tədqiqatların aparılmasında yeni imkanlar yaradır

Süni intellekt elmi tədqiqatların aparılmasında yeni imkanlar yaradır

Süni intellekt və rəqəmsal texnologiyalar elmi tədqiqatların aparılmasında yeni imkanlar yaradır. Bəs bu texnologiyalar elmi inkişafı necə sürətləndirir və ənənəvi tədqiqat metodlarını hansı istiqamətdə dəyişir?

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT mütəxəssisi Elvin Həsənov bildirib ki, süni intellekt günümüzdə ən çox vaxt qazandıran texnologiyaya çevrilir:

 

 

“Əvvəllər həftələrlə, aylarla görülən işlər, məlumatların müqayisə edilməsi, məqalə analizi və s. indi daha qısa müddətdə aparıla bilir. Bu isə xüsusilə böyük həcmli məlumatlarla işləyən sahələrdə çox ciddi üstünlük yaradır. Məsələn tibb, kimya, fizika, iqlim araşdırmaları kimi sahələrdə AI minlərlə variantı paralel şəkildə analiz edib ən perspektivli istiqamətləri göstərə bilir. Ona görədə məncə əsas dəyişiklik budur ki, elm insanı getdikcə daha az rutin iş görəcək əvəzinə daha çox düşünməyə vaxt olacaq”.

 

Ekspert bildirib ki, süni intellekt məlumatı süzgəcdən keçirə, nümunələri tapa və simulyasiyalar apara bilər:

 

 

“Yəni AI elm insanları üçün tədqiqatın sürətini artırır, amma istiqamətini hələ də insan müəyyən edir. Bununla belə süni intellektin elmdə istifadəsinin riskli tərəfi də var. AI çox inandırıcı şəkildə səhv nəticə verə bilər. Əgər model natamam, qərəzli və ya keyfiyyətsiz məlumatla işləyirsə, nəticə də yanlış ola bilər. Ona görə AI-nin verdiyi nəticə hazır cavab kimi qəbul edilməməlidir”.

 

 

Nəticə olaraq ekspert bildirib ki, mütləq müstəqil yoxlama, təkrar eksperiment, başqa metodlarla müqayisə və ekspert rəyi olmalıdır:

 

 

“Elmdə ən vacib meyarlardan biri odur ki, nəticəni başqa alim də eyni şərtlərlə təkrar edib təsdiqləyə bilsin. Süni intellekt istifadə olunursa, hansı məlumatlarla işlədiyi, hansı modeldən istifadə edildiyi və hansı məhdudiyyətlərinin olduğu da mümkün qədər şəffaf göstərilməlidir. Gələcəkdə süni intellekt insanların işini müəyyən qədər və bəzi funksiyalarını əvəz edəcək, buna şübhə yoxdur. Amma bütöv şəkildə elm insanını əvəz etməsi bu başqa məsələdir. Çünki elmdə yalnız məlumatı analiz etmək kifayət etmir. Bəzən ən böyük kəşf düzgün cavabı tapmaqdan yox, heç kimin vermədiyi düzgün sualı verməkdən başlayır. Bu isə hələ də insan yaradıcılığı, intuisiya və elmi təcrübə ilə sıx bağlıdır. Mən düşünürəm ki, AI elmi yaradıcılığı öldürməyəcək əksinə, düzgün istifadə olunsa, alimin daha çətin və daha yaradıcı suallara vaxt ayırmasına imkan verəcək".

 

Səadət Əlizadə

#imkanlar #süni #elmi #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər