00:00:00
Yazar
Zəri Bayramlı
19.06.2026 21:59 30 1 dəq oxuma
Texnologiya

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

"Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin yekununda Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib.

 

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, qəbul edilən beynəlxalq bəyannamələrin insan hüquqlarının qorunmasına əsas töhfəsi mühüm qərarların süni intellektə deyil, insanlara həvalə edilməsini təmin etməkdir:

 

"Artıq bir sıra sahələrdə süni intellekt təşəbbüsü əlinə alıb və bir çox sahələr ona etibar edilir. İnsanın ən tənbəl orqanı beyindir və o, yalnız zərurət hiss edəndə işləyir. Bu baxımdan süni intellekt həm də bir təhlükə mənbəyidir. Süni intellektdə insani dəyərlər və hisslər olmadığından, o, bəzən elə qərarlar verə bilər ki, yekun nəticəsi insan üçün daha pis olar. Artıq dünyanın bir sıra düşünən beyinləri və mütəfəkkirləri bu barədə xəbərdarlıq edir.Burada balansı tapmaq olduqca çətindir. Süni intellektdən istifadə etmək lazımdır, lakin hansı məsələlərdə son qərarın ona həvalə ediləcəyi dəqiq müəyyənləşdirilməlidir. Xırda texniki məsələlər süni intellektə etibar edilə bilər. Lakin əhəmiyyətli və böyük məsələlərdə süni intellektdən istifadə olunmalı, son qərarı isə mütləq insan verməlidir.Bu gün qəbul edilən beynəlxalq bəyannamələrin insan hüquqlarının qorunmasındakı əsas töhfəsi də məhz mühüm qərarları süni intellektə həvalə etməməkdir”.

 

Günel Əlili

#üzrə #insan #xəbər #intellekt #hüquqları
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər