00:00:00
Yazar
Lalə Qafarova
14.09.2026 23:40 82 1 dəq oxuma
Texnologiya

Süni intellektin inkişafını yavaşlatmaq çağırışları bazarları sarsıdıb 

Süni intellektin inkişafını yavaşlatmaq çağırışları bazarları sarsıdıb

Süni intellekt sektoru ilə əlaqəli şirkətlərin səhmləri bazar ertəsi günü süni intellekt rəhbərlərinin texnologiyanın inkişafını yavaşlatmağa çağırmasından sonra kəskin şəkildə ucuzlaşıb. Cənubi Koreyada çip istehsalçısı SK Hynix-in səhmləri 6,4%, Samsung Electronics-in səhmləri isə 4,1% ucuzlaşıb. OpenAI-nin əsas investoru olan Softbank-ın səhmləri 10%-dən çox düşüb.

 

Avropa səhmləri də bu tendensiyanı izləyib. Almaniyada yerləşən yarımkeçirici dizayn və istehsal şirkəti Infineon 7,6 faiz, Hollandiyanın çip nəhəngi ASML isə 5,2 faiz ucuzlaşıb. 

 

Bazarlar ABŞ fond birjalarının açılmasına diqqət yetirir. Texnologiya şirkətlərinə yönəlmiş Nasdaq indeksinin təxminən 1,8 faiz azalaraq açılması gözlənilir.

 

TRT HABER

LALƏ QAFAROVA

#azərbaycan #sarsıdıb #süni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər