Suriya İrana xəbərdarlıq edib - ŞƏRH
Suriya İranın region ölkələrinə qarşı hücumlarını rədd edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Bəşər Əsədin hakimiyyətdən devrilməsi ilə Suriyada yeni hakimiyyətə gələn Əşara hökuməti demək olar ki, İranın regiondakı proksi qüvvələri ilə əlaqələrin kəsilməsində çox mühüm rol oynayıb:
"Belə ki, İraqdan Suriya üzərindən keçərək Levantdakı Hizbullaha göndərilən hərtərəfli dəstək yeni hökumətin hakimiyyətə gəlməsi və xüsusilə də zaman keçdikcə ölkə üzərində bütün nəzarəti ələ alan Suriya hakimiyyəti və Suriya Silahlı Qüvvələri onları bloklamalı idi. İranın Suriya sərhədlərindən və Suriya ərazisindən istifadə edərək öz proksi qüvvələrinə yönəlik siyasətinin qarşısı, heç şübhəsiz ki, alınmalı idi".
Politoloqun sözlərinə görə, Əşara hakimiyyəti vaxtilə Əsədə dəstək verən və Suriyada müqavimət hərəkatına qarşı döyüşlərdə rejimi dəstəkləyən İran hakimiyyətinə qarşı müttəfiq rolunda çıxış edə bilməzdi:
"Regionda yalnız İraq hakimiyyəti, o da ölkədəki mürəkkəb siyasi situasiya səbəbindən İrana qarşı tam birmənalı mövqe nümayiş etdirə bilir. Regionun digər ölkələri, xüsusilə də Körfəz ərazisində yerləşən ölkələr, ABŞ və İsraillə başlayan müharibə səbəbindən İranın açıq hədəf halına gəldiyini nəzərə alaraq, bu gün Suriya ilə eyni mövqeyi paylaşırlar".
Selcan Xudiyeva