Suriya Ordusu 18 şəhər və kəndi azad edib
Hələbin şimalında Kveiris hava limanı yaxınlığında strateji ərazinin ələ keçirilib
Suriya ordusu və Milli müdafiə qüvvələri Lazkiyə əyalətinin cənubunda 18 şəhər və kəndi azad edib.
İnformator “RiaNovosti”yə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Suriya ordusu komandanlığının yaydığı bəyanatda bildirilib ki, üsyançılar əl-Qnaimiye, əl-Qalaye, Beyt Sukkar, Beyt Riha da daxil olmaqla, bir çox şəhər və kənddən sıxışdırılıb çıxarılıb.
Daha sonra Suriya ordusu tərəfindən verilən bəyanatda terrorçuların Lazkiyədəki istinadgahı Rabia şəhərinin də nəzarətinin ələ keçirildiyi bildirilib. Bəyanat Rabiada nəzarətin ələ keçirilməsinin əhəmiyyətini qeyd edib.
Ordunun başqa bir uğuru isə Hələbin şimalında Kveiris hava limanı yaxınlığında strateji ərazinin ələ keçirilməsidir.
