00:00:00
Yazar
Nərmin Həşimova
27.07.2026 22:15 18 1 dəq oxuma
Siyasət

"Suriyanın sabitliyi üçün İsraillə münaqişədən uzaq qalmaq vacibdir"- Açıqlama

"Suriyanın sabitliyi üçün İsraillə münaqişədən uzaq qalmaq vacibdir"- Açıqlama

Yaxın Şərqdə uzun illərdir davam edən gərginlik fonunda Suriya yeni təhlükəsizlik və diplomatik yanaşmalar formalaşdırmağa çalışır. Keçid dövrü prezidenti Əhməd Əl Şaraanın İsraillə təhlükəsizlik sazişi bağlamaq niyyətini açıqlaması Dəməşqin regional sabitliyə üstünlük verdiyini göstərir. Bununla yanaşı, Suriya Qolan təpələri ilə bağlı mövqeyinin dəyişməz olduğunu bəyan edir.

 

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli İnformator.az a bildirib ki, Suriya hakimiyyətinin də sabitliyə ehtiyacı var və Suriya İsraillə münaqişəyə cəlb olunanda onun kürdlərlə, bölgədəki digər etnik azlıqlarla problemləri ortaya çıxır:


“Suriya təzəcə o əsl xarabalıqdan xilas olub. Dünyanın demək olar ki, bütün problemli adamları, terror təşkilatları, müxtəlif dövlətlər və maraqları olan hər kəs Suriyada idi. İndi-indi vahid mərkəzləşdirmə aparmaq üzrədirlər və İsraillə savaş bunu əngəlləyir.
Həm də açıq şəkildə mesaj vermək ehtiyacı duyur ki, İsrailin həssas olduğu bu məsələdə Suriya ona qarşı cəbhədə yer almayacaq. Buna görə də Suriyanı İsrailin təzyiqi altından xilas etməlidir".


Mehriban Yariyeva

#gündəm #"suriyanın #baki #i̇sraillə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər