00:00:00
Yazar
Admin User
25.09.2025 12:44 113 1 dəq oxuma
Sosial

Şuşada investorlar üçün ərazilər ayrılıb

Şuşada investorlar üçün ərazilər ayrılıb

Aydın Kərimov bildirib ki, Şuşada investorların sağlamlıq və kurort tipli obyektlər inkişaf etdirə bilməsi üçün ərazilər ayrılıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, ümumiyyətlə, Şuşa kurort şəhəri və sovet vaxtında kurort şəhəri idi:

 

“Müalicəvi şəhər idi, bunu inkişaf etdirmək olar. Ümumiyyətlə, Azərbaycan turizmin inkişafında Şuşa və Qarabağ bölgəsi önəmli müsbət rol oynaya bilər və bu yöndə atılan addımlar istənilən halda müsbət qarşılanmalıdır. Amma indi bu bir dövlət proqramı olmalıdır. Azərbaycanın turizmin inkişafına, o cümlədən Qarabağın inkişafı Şuşanın bir turist şəhərinə çevrilməsinə, ən azı Soçi səviyyəsində, ya da Şimali Qafqazın lisentuki, nə bilim, piteqors və s şəhərləri səviyyəsində müalicəvi şəhəri olaraq turist şəhəri olaraq belə deyək ola bilər inkişaf ola bilər. yəni bunu etmək olar. Yəni bunu təqdim etmək olar və bir Şuşa dağ ətəyində yerləşir. Dağ regionudur ora lakin turist şəhəri etmək olar. Həm mədəni, həm tarixi, həm də təbiət baxımından turistlər üçün cəlbedici etmək olardı. Bu gün də dövlət proqramları və s. Düşünürəm ki, yəqin həyata keçəcək. inanın ki, Azərbaycan turizmdən ən azı qısa müddətdə, ən azı Gürcüstan səviyyəsində bir ölkə ola biləcək “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər