00:00:00
Yazar
Admin User
03.02.2026 14:49 68 2 dəq oxuma
Sosial

Səyahətdə qənaət ili

Səyahətdə qənaət ili

Ötən il 1 milyon 280 min 787 azərbaycanlı turist xarici ölkələrdə ümumilikdə 2 milyard 33 milyon 587 min manat vəsait xərcləyib. Bu göstərici 2024-cü illə müqayisədə 8,3 % azdır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Nizami Həsənov bildirib ki, xarici səyahətlərdə xərclərin azalmasının əsas səbəblərindən biri aviabiletlərin qiymətlərinin yüksək olmasıdır. Onun sözlərinə görə, bu gün hamıya bəllidir ki, aviabiletlərin qiymətləri digər dövlətlərə və digər aviaşirkətlərə nisbətən bir qədər yüksəkdir:

 

"Bu da ilk növbədə səyahətin ümumi qiymətinin artmasına, paketlərin bahalaşmasına gətirib çıxarır. Ona görə də, bu azalma müşahidə olunur və əsas səbəblərdən biri də məhz budur. İkinci səbəb isə insanların maddi durumunda, maddi rifahında problemlərin olmasıdır. Səyahət elə bir büdcədir ki, ondan əvvəl daha vacib büdcələr var. Yəni səyahət insanlar üçün əsas büdcə sayılmır. Bu həmişə belə olub. İdman və əyləncə xərclərinin artımı isə müxtəlif trendlərlə izah oluna bilər. Dünyada müəyyən bir insan kütləsi var ki, onlar idmansevərdirlər. İdmansevərlərin pərəstiş etdiyi komandalar və idmançılar olur və onlar sevdikləri komandaya və ya idmançıya görə istənilən xərci çəkməyə, bu xərci öhdələrinə götürməyə hazır olan bir kütlədir. Ona görə də bu trend daha da yüksəlir. Buna əyləncə xərclərini də aid etmək olar. Məsələn, hər hansı bir məşhurun başqa bir dövlətdə keçirilən böyük, izdihamlı konsertinə getmək üçün insanlar həmin səyahətə kifayət qədər büdcə ayıra bilir və ayırmaq istəyir. Bunlar da onların pərəstişindən irəli gəlir".

 

Aişə Mustafeyava 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər