00:00:00
Yazar
Ayşən Səlimova
14.03.2026 21:04 24 2 dəq oxuma
Sosial

Təbiətdən gələn şəfa: Keçibuynuzu

Təbiətdən gələn şəfa: Keçibuynuzu

Son illərdə təbii məhsullara maraq əsnasına keçibuynuzu yenidən gündəmə gəlib. Aralıq dənizi bölgəsində yetişən bu bitki həm bütöv, həm bəkməz, həm də toz formasında istehlak edilərək immunitetdən enerjiyə qədər bir çox fayda təmin edir.

 

Mövzu ilə bağlı qida eksperti Tutu Zeynalova “İnformator.az” a açıqlamasında bildirib ki, Keçi buynuzu yüksək vitamin və mineral dəyərinə malik olan faydalı qidalardan biridir:

 

“Tərkibində olan antioksidantlar sayəsində immun sistemini dəstəkləyir. Həmçinin respirator, yəni tənəffüs yolu xəstəlikləri zamanı da faydalı hesab olunur. Keçibuynuzu kalsiumla zəngin olduğu üçün sümüklərin möhkəmlənməsinə də kömək edir. Eyni zamanda lif baxımından zəngin qida olduğu üçün bağırsaq sistemini dəstəkləyir və həzm prosesinə müsbət təsir göstərir. Xüsusilə, şirin qidaları çox istifadə edən insanlar üçün də yaxşı alternativdir. Rasiona daxil edildiyi zaman şəkərə olan asılılığın azalmasına kömək edə və müəyyən qədər şirin ehtiyacını ödəyə bilər. Keçi buynuzu müxtəlif formalarda istifadə oluna bilər. Məsələn: Bəhməz şəklində səhər sıyıqlarına əlavə edilə bilər. Toz halında kakao əvəzinə istifadə olunaraq desertlər hazırlana bilər. Südə və ya sıyıqlara qatılaraq istifadə edilə bilər. Həmçinin bütöv halda çeynənə bilər. Onu uzun müddət çeynəmək toxluq hissini artırır. Liflərlə zəngin olduğu üçün mədə-bağırsaq sistemini dəstəkləyir və daha uzun müddət tox qalmağa kömək edir. Bu xüsusiyyətlərinə görə keçi buynuzu sağlam və faydalı qidalardan biri hesab olunur”.

 

Selcan Xudiyeva

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər