00:00:00
Yazar
Admin User
19.11.2025 18:36 147 2 dəq oxuma
Sosial

Ət məhsullarının satışına müvəqqəti qadağa qoyula bilər!

Ət məhsullarının satışına müvəqqəti qadağa qoyula bilər!

Həm iri,həm xırda buynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi səbəbilə, ət məhsullarının,xüsusilə də ət dönərinin satışı ləğv oluna bilər. Dabaq xəstəliyi həmin heyvanların ayaq və ya dırnaq nahiyələrində başlayıb sürətlə yayılan yoluxucu virusdur və bir insanın bu virusa yoluxan heyvanın ətinə və ya südünə təmas etməsi virusa yoluxma riski yaradır.

 

Mövzu ilə bağlı qida eksperti İlkin Məmmədkərimov “İnformator.az” a açıqlamasında bildirib ki, dabaq xəstəliyi aradan qalxana qədər insanlar mal ətini toyuq, balıq və qoyun ətiylə əvəz edə bilərlər:

 

“Xəstə heyvanın südündən də virus keçə bilir. Amma ayrı-ayrı ölkələrdən ölkəmizə süd idxal olunur. Rusiya, Belarus, Ukrayna kimi ölkələrin tanınmış markalarının süd məhsulları ölkəmizdə satılır. Bu xəstəlik ölkəmizdədir, xarici ölkələrin süd məhsullarında hər hansı bir problem yoxdur. İnsanlar süd məhsullarına olan tələbatını dabaq xəstəliyi müddətində idxal məhsullarıyla ödəyə bilərlər. Dabaq xəstəliyi xüsusən, regionlarda çox geniş yayılıb. Ət kəsilən məkanların bağlanması vurğulansa da, paytaxt və digər şəhərlərimizdəki ət mağazaları hələ də fəaliyyətdədirlər. Həmin mal ətlərinin nə dərəcədə yoxlanıldığı bəlli deyil və bu çox ciddi təhlükə mənbəyidir. Ölkəyə gətirilən vaksinlərin hər biri keyfiyyətsizdir və xəstəliklə mübarizədə hər hansı bir effektləri yoxdur. Asiya istehsalı olan vaksinlər qərb ölkələri istehsalı olan vaksinlərdən qiymət baxımdan daha münasib olduğu üçün ölkəmizə gətirilir, bunlar isə xəstəliyə qarşı effektiv deyil”.

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər