00:00:00
Yazar
Admin User
04.10.2025 11:04 174 1 dəq oxuma
Sosial

"Türk dünyası Azərbaycan" kitabının digital fortmatda təqdimatı olub

"Türk dünyası Azərbaycan" kitabının digital fortmatda təqdimatı olub

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə" və "Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Teleqraf"a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi ilə birgə layihəsi çərçivəsində Türkiyədə mobil telefonlar üçün hazırlanmış “Masal Masal Türkiyə” adlı nağılları proqramına “Türk dünyası, Azərbaycan” bölümü əlavə edilib.

 

Sözügedən layihələrin Bakı beynəlxalq kitab sərgisində keçirilən təqdimat mərasimində ilk öncə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan şifahi xalq ədəbiyyatının, folklorunun təbliği məqsədi ilə reallaşdırılan layihələr barədə danışıb.

 

Samir Abbasov məşhur “Masal Masal Türkiyə” adlı Türk nağılları proqramına “Türk dünyası, Azərbaycan” bölümünün əlavə edilməsi və bu tanınmış platforma çərçivəsində nağıllarımızın tanıdılmasının əhəmiyyətini vurğulayıb. O, nağıllarımızın mətnlərinin, Azərbaycan və Türkiyə Türkcəsində səsli versiyalarının yerləşdirilməsi və gələcəkdə isə dünyanın aparıcı 5 dilində təqdim olunmasının həm Türkiyədə, həm də dünyada istənilən uşağın kompyuter və telefon vasitəsi ilə tanış olmaq imkanı qazanacağını bildirib.


Türkiyənin Atatürk Mədəniyyət Mərkəzinin direktoru Zeki Eraslan çıxışında Azərbaycanla mədəni əlaqələrə xüsusi önəm verildiyini qeyd edərək, Azərbaycan Mədəniyyət Mərkəzi ilə əldə olunan razılığa əsasən həyata keçirilən uşaq nağıllarının rəqəmsal platforma çərçivəsində tanıdılması, layihənin həm Türk uşaqlarına, həm də dünyanın aparıcı dillərinə çevirməklə dünyada tanıdılmasına imkan verəcəyini vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər