Türkiyə 1915-ci il hadisələrini ermənilərin “soyqırımı” kimi tanımayacaq
Tarixçilər bu məsələlərlə məşğul olmalıdırlar. Biz milyondan artıq sənəd təqdim etmişik.
Prezident Rəcəb Tayyib Ərdoğan "TRT-Haber” televiziya kanalına müsahibəsində deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə dəfələrlə 1915-ci il hadisələrinə aydınlıq gətirmək üçün öz arxivlərini açdığını elan edib: "Əgər Ermənistanda da belə arxivlər varsa, qoy onlar da 1915-ci ilin həqiqətlərinə aydınlıq gətirmək üçün onları açsınlar”.
Türkiyə prezidenti onu da deyib ki, "tarixçilər bu məsələlərlə məşğul olmalıdırlar. Biz milyondan artıq sənəd təqdim etmişik".
