00:00:00
Yazar
Admin User
04.02.2026 15:38 57 2 dəq oxuma
Siyasət

Türkiyə görüşü ərəfəsində İrandan ABŞ-lə danışıqlar üçün "yaşıl işıq"

Türkiyə görüşü ərəfəsində İrandan ABŞ-lə danışıqlar üçün "yaşıl işıq"

İran ilə ABŞ arasında uzun müddətdir davam edən gərginlik fonunda Tehrandan diqqətçəkən diplomatik addım gəlib. İran Prezidenti Məsud Pezeşkian Vaşinqtonla mümkün danışıqların başlanmasıüçün rəsmi göstəriş verdiyini açıqlayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, İran hakimiyyətinin özünün danışıqlara hazır olduğu ilə bağlı verdiyi bəyanatlarda qeyri ardıcıllıq özünü göstərir:

 

"Çünki bir neçə gün bundan öncə qardaş Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə ABŞ ilə İran arasında dialoqun baş tutması ilə bağlı İran Xarici İşlər Nazirliyinin Türkiyəyə dəvət olunması prosesi baş verib. Bunu ardınca 3 tərəfli görüşün keçirilməsi razılaşdırılıb. Amma dünəndən demək olarki, İran tərəfi bu görüşün İstanbulda deyil, Omanda baş tutmasını israrla istəyir. Həm İranın bu tip davranışları, həm də ABŞ-nin danışıqlarla bağlı sərt ritorikasını dəyişməməsi İrana daha çox ultimativ dildə danışması bununla paralel olaraq bölgəyə yeni silahlı qüvvələrinin şəxsi heyətinin gətirilməsi belə deməyə əsas verir ki, əslində tərəflər danışıqlar adı altında bir neçə günə tamamlanması gözlənilən hərbi əməliyyatlara hazırlıq prosesi üçün vaxt qazanmağa çalışırlar. İranın ABŞ-lə danışıqlarda nüvə məsələsində guya güzəştə getməsi ilə bağlı verdiyi açıqlamalar da onu deməyə əsas verir ki, əslində İran tərəfi də danışıqların güzəştlər formasında olmasını istəmir. Həm İran prezidenti Pezeşkianın ədalətli və bərabər danışıqlar masası tələb etməsi, eyni zamanda, Ali Dini liderin müşavirinin bununla bağlı daha sərt formada və hərbi geyimdə açıqlama verməsi onu göstərir ki, hər iki tərəf özü üçün müəyyənləşdirdiyi qırmızı cizgidən geri çəkilmək istəmir. Bu atmosferdə baş tutacaq sülh danışıqlarının da əslində böyük sülhə, qalıcı sülhə gətirib çıxarmayacağı anonsudur. Yəqin ki, biz yaxın zamanlarda regionda qeyd olunduğu kimi, vəd olunduğu kimi irimiqyaslı və hətta humanitar böhranı qonşu dövlətlər üçün də ciddi problemlər yaradacaq irimiqyaslı bir hərbi qarşıdurmanın şahidi olacağıq".

 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər