Türkiyə ilə Azərbaycan arasında təbii qaz müqaviləsi
Türkiyənin imzaladığı iki beynəlxalq müqavilə prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə Rəsmi Qəzetdə dərc olunub.
Prezident Ərdoğanın imzası ilə dərc olunan qərara əsasən, 14 may 2024-cü il tarixində İstanbulda imzalanan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişi” təsdiq edilib.
Saziş Azərbaycandan və üçüncü ölkələrdən təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tərəflərin əraziləri vasitəsilə tranziti sahəsində əməkdaşlığın artırılması məqsədi daşıyır.
Bosniya və Herseqovina ilə İnfrastruktur və Tikinti Layihələri üzrə Əməkdaşlıq Sazişi
16 mart 2021-ci il tarixində Ankarada imzalanan “Türkiyə Respublikası Hökuməti ilə Bosniya və Herseqovina Nazirlər Şurası arasında İnfrastruktur və Tikinti Layihələri üzrə Əməkdaşlıq Sazişi” təsdiq edilib.
Saziş həmrəylik, bir-birini tamamlayan və qarşılıqlı hörmət prinsipləri əsasında tərəflərin yerli, regional və milli səviyyələrində tikinti və nəqliyyat infrastrukturlarının inkişafı sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli
