00:00:00
Yazar
Admin User
28.12.2015 07:05 536 1 dəq oxuma
Dünya

Türkiyə silahlı qüvvələri yeni il tədbirləri keçirməyəcək

Türkiyə Silahlı qüvvələri (TSK) yeni il tədbirlərini ləğv edib
Türkiyə silahlı qüvvələri yeni il tədbirləri keçirməyəcək

15 dekabr 2015-ci ildən etibarən Şırnak, Cizrə, Silopi və Diyarbakır Surda davam edən əməliyyatlarda şəhid olan və terror təşkilatı PKK-nın hücumları nəticəsində bölgədə çətin günlər keçirən vətəndaşlara hörmət olaraq Türkiyə Silahlı qüvvələri (TSK) yeni il tədbirlərini ləğv edib.

İnformator Türkiyə mətbuatına istinadən xəbər verir ki, TSK Baş qərargahından verilən açıqlamada bütün sosial fəaliyyət və əyləncələrin, ölkə daxilində olan səbəblər, xalqın və əsgərlərin bu cür hadisələr qarşısında göstərdiyi həssaslığı nəzərə alaraq 2012-ci ildə Vanda baş verən zələzələ zamanı da tədbirlərin ləğv edildiyini açıqlayıb.

15 dekabr 2015-ci il tarixindən etibarən Cizrə, Silopi və Diyarbakır Sur bölgələrində davam edən əməliyyatlarda iştirak edən birliklərin terrorla mübarizə zamanı şəhid olan və yaralanan əsgərlər və terror təşkilatı PKK-nın hücumları nəticəsində bölgədə çətin günlər keçirən vətəndaşlara hörmət olaraq TSK bayram tədbirlərini ləğv edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər