00:00:00
Yazar
Admin User
02.11.2015 05:15 398 1 dəq oxuma
Siyasət

Türkiyədə keçirilən parlament seçkilərində AKP parlaq qələbə qazanıb

Ərdoğanın partiyası ölkəni təkbaşına idarə edəcək
Türkiyədə keçirilən parlament seçkilərində AKP parlaq qələbə qazanıb

Türkiyədə keçirilən erkən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) növbəti qələbəsini qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib. 

Səslərin 95%-i hesablandıqdan sonra AKP-nin 49,4% səs topladığı açıqlanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,2%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12%, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,3% səs alıb. 

Bu nəticə ilə AKP parlamentdə 310-dan çox yer əldə edib. Hökumət formalaşdırmaq üçün minimum 276 səs tələb olunur. 

Xatırladaq ki, 7 iyun 2015-ci il seçkilərində AKP 40%, CHP 25%, MHP 16%, HDP isə 13% səs toplamışdı.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər