Türkiyədə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib
Mərasimdə 16 türk dövlətinin simvolu sayılan hərbi geyimli əsgərlər də iştirak edib
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yeni sarayda rəsmi mərasimlə qarşılayıb.
Mərasimdə 16 türk dövlətinin simvolu sayılan hərbi geyimli əsgərlər də iştirak edib.
Mərasimdə, bir ilk daha yaşanıb. Keşikçilər Alayı Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi qarşılayarkən "Dirçəliş Marşı"nı çalıb.
Mərasimə Baş nazir Köməkçisi Yalçın Akdoğan, xarici işlər naziri Mevlüt Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii ehtiyyatlar naziri Taner Yıldız da iştirak edib.
Sarayın qarşısında xatirə fotosu çəkiləndən sonra prezidentlər arasında təkbətək görüş başlayıb.
ANADOLU
