00:00:00
Yazar
Admin User
24.04.2015 05:46 444 1 dəq oxuma
Siyasət

Türkiyənin Silahlı Qüvvələri 1915-ci il hadisələri öncəsi arxivlərini açıb

Türkiyə 1915-ci ilin hərbi arxivlərini açdı
Türkiyənin Silahlı Qüvvələri 1915-ci il hadisələri öncəsi arxivlərini açıb

Türkiyənin Silahlı Qüvvələri 1915-ci il hadisələri öncəsi arxivlərini açıb.

Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verilir ki, arxiv sənədləri 1915-ci il hadisələrinin bu günə qədər məlum olmayan tərəflərinə işıq salır.

Arxivdə 1915-ci il hadisələri ilə bağlı çoxlu sayda sənədlər saxlanılır. Ermənilərin köçürülməsi ilə bağlı Nazirlər Şurasının 31 may 1915-ci il tarixli qərarı aydın əks olunub.   “Hərbi zonalara yaxın yaşayan ermənilərin bəziləri ordumuzun apardığı hərbi əməliyyatlarını çətinləşdirirdi. Onlar ərzağın və hərbi texnikanın daşınmasına çətinliklər yaradır, düşmənlə əməkdaşlıq edir, düşmən sıralarına qoşulurdular. Ölkə ərazisində yerli hərbçilərə və silahsız əhaliyə qarşı silahlı hücumlar təşkil edirdilər”, - deyə sənədlərdə qeyd olunub. Arxiv şəkillərindən birinin üzərinə yazılıb ki, üsyançı ermənilərin üstündən çoxlu sayda əl qumbaraları aşkarlanıb. Sənədlərdə yerli ermənilər tərəfindən qətlə yetirilmiş Mirkexo kəndinin sakinlərinin adları və fotoşəkilləri əks olunub. Həmin ermənilər rus silahlı qüvvələrinə qoşularaq görünməmiş qanlı hadisələr törədiblər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər