Türkiyənin Sudandan təxliyə əməliyyatı başa çatıb
Türkiyə Xarici İşlər Nazirliyi Sudandakı vətəndaşlarının ölkəyə qaytarılmasını təmin etmək üçün aprelin 23-də başlayan təxliyə əməliyyatlarının bu gün başa çatdığını açıqlayıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin yayılan bəyanatında münaqişənin davam etməsinə və bütün beynəlxalq səylərə baxmayaraq, mülki itkilərin artmasından narahatlıq ifadə olunub.
Sözügedən bəyanatda deyilir ki, prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər səlahiyyətlilər hadisələr başlayandan bəri sudanlı həmkarları ilə sıx təmasdadırlar. Bütün rəsmilər bəyanatda tərəfləri təmkinli olmağa və atəşkəsə çağırıb.
Açıqlamada kömək istəyən 1700-dən çox Türkiyə vətəndaşının və 22 ölkədən 300-ə yaxın vətəndaşın Sudandan təhlükəsiz şəkildə təxliyyə edildiyi, Sudanda qalan Türkiyə vətəndaşlarından alına biləcək təxliyə tələblərinin də ayrıca qiymətləndiriləcəyi bildirilib.
Aydan
