00:00:00
Yazar
Lalə Qafarova
08.04.2026 20:29 63 1 dəq oxuma
Siyasət

Tacikistan səfiri: Azərbaycan və Tacikistanı ortaq mədəni dəyərlər birləşdirir

Tacikistan səfiri: Azərbaycan və Tacikistanı ortaq mədəni dəyərlər birləşdirir

 

Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon Bakıda Novruz bayramına həsr olunmuş tədbirdə iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və ümumi mədəni dəyərlərə əsaslandığını bildirib. O, Novruzun region xalqlarını birləşdirən mühüm mənəvi irs olduğunu vurğulayıb. Tədbirdə tacik dizaynerlərinin kolleksiyaları, mədəni proqramlar və ənənəvi Novruz süfrəsi təqdim olunub.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Tacikistan arasında münasibətlər müstəqillik dövründə yüksələn xətt üzrə inkişaf etməkdədir və tərəfləri bir çox ortaq nöqtələr birləşdirir:

 

“Bunların içərisində ən vacibi mədəni əlaqələrin və mədəni yaxınlığın çox yüksək olmasıdır. Belə ki, din, milli adət-ənənə və sair baxımından ölkələrimiz arasındakı yaxınlıq kifayət qədər yüksəkdir. Tacikistanla əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli formatlarda həyata keçirilir. Azərbaycanın keçən il Mərkəzi Asiya ölkələri C5 formatına tam hüquqlu üzv olması, MDB və digər platformalardakı əməkdaşlıqla bərabər, ikitərəfli münasibətləri də möhkəmləndirir. Dövlət başçıları və rəsmi şəxslər vasitəsilə qarşılıqlı səfərlər reallaşdırılır. Bizim siyasi, iqtisadi və mədəni münasibətlərimiz kifayət qədər yaxşıdır və bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyi ehtimalı və perspektivləri çox yüksəkdir”.

 

Mələk Hüseynova

#səfiri: #ortaq #birləşdirir #azərbaycan #tacikistanı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər