00:00:00
Yazar
Cavahir Əsgərbəyli
01.05.2026 15:48 24 1 dəq oxuma
Siyasət

Tamaş Torma: Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır

 

Tamaş Torma: Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır

"İnformator.az" xəbər verir ki, Qarabağdakı dəyişikliklər və inkişaf regiona hər səfər zamanı nəzərə çarpır.

 

"Bu, mənim Qarabağa ilk səfərim deyil. Mən hətta səfərlərin sayını dəqiq deyə bilmirəm - artıq 10-15-dir. Onların hamısı son dərəcə yaxşı təşkil olunmuşdu. Və hər dəfə bura gələndə mən fərqi görürəm. Aktiv bərpa işlərini və regionun inkişafını görürəm", - diplomatik korpusun səfəri çərçivəsində regiona səfər edən səfir deyib.

 

O, həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə aparılan işlərə yüksək qiymət verib.

 

"Mən bu fürsətdən istifadə edərək öz səmimi təbriklərimi və bu inkişafa verdiyim yüksək qiyməti ifadə etmək istərdim", - səfir qeyd edib.

 

#qarabağdakı #xəbər #azərbaycan #dəyişikliklər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər