00:00:00
Yazar
Admin User
04.08.2023 11:44 388 1 dəq oxuma
Maraqlı

Tarixin ən böyük 1 aprel zarafatı

Tarixin ən böyük 1 aprel zarafatı

1957-ci ildə BBC-in gündəm proqramı olan Panoramada bir sənədli film yayımlandı. Bu sənədli filmdə Cənubi İsveçrənin Ticinia bölgəsində spagetti ağaclarından bol miqdarda spagetti toplayan bir ailədən bəhs edilirdi.

 

Ənənəvi bir məhsul yığımı festivalından olduğu söylənən görüntülər 3 dəqiqə ərzində televiziyada yayımlandı. Proqramda eyni zamanda mükəmməl spagetti yetişdirmək üçün tövsiyələr də verirdilər. O zamanlarda spagettinin undan yaradıldığı İngilislər tərəfindən bilinmirdi. Üstəlik sənədli film professional bir qrup tərəfindən hazırlanmışdı. Səsləndirmələr belə məşhur sənətçilər tərəfindən idi. Bu sənədli filmi təxminən 8 milyon insan izlədi. Ertəsi gün BBC-in telefonları dayanmadı. Yüzlərcə insan BBC-ə yığırdı və necə spagetti yetişdirə biləcəklərini soruşurdular, spagetti yetişdirəbiləcəkləri haqqında məlumat almaq istəyirdilər.

 

BBC isə belə cavab verirdi: Bir qutu pamidor sosuna bir dal spagetti qoyun və onun qayğısına ən yaxşı şəkildə qalın. Bu zarafat tarixdə edilmiş ən yaxşı, ən böyük zarafat kimi qəbul edilir.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər