Tattoo sənətinə marağın artması - RİSKLƏR
Son illər hər beş gəncdən dördündə müxtəlif formalı tattoolara rast gəlirik: Fərqli fiqurlar, xüsusi əhəmiyyət kəsb edən tarixlər, eləcə də portretlər. Görünən odur ki, ölkəmizdə də bu sənət geniş formada yayılıb. Lakin hər kəs bu işin ustası deyil.
Gənclərin böyük hissəsi tattoo etdirməyi sevirlər. Kimi bunu göstəriş, kimi də hər hansı anı, yaxud şəxsi əbədiləşdirmək üçün edir. Tattoo ustası Telman Şıxəliyev deyir ki, qiymətlər işin böyüklüyünə görə yox, çətinliyinə görə dəyişir: “Xanımlar daha çox incə tattoolar üçün müraciət edir”.
Ustalar da təsdiqləyir ki, döymə vurdurma əməliyyatı düşünüldüyü kimi çox ağrılı prosedur deyil. Ağrının təsiri seçdiyiniz nahiyəyə görə dəyişir. Telman Şıxəliyev deyir ki, döymə etdirmək istəyənlərin ən çox çəkindiyi məqam isə məhz dəriyə keçə biləcək hər hansı infeksiya, eləcə də əks təsirlərlə bağlıdır. Buna görə də dermatoloqlar tattoo ustası seçərkən diqqətli olmağı məsləhət görür.
Dermatoloq Ramil Qocayev hesab edir ki, tattoo etdirən zaman bəzən allergiya və hətta qanla keçərək bir çox xəstəliklər yarana bilər. Bunun xüsusi bir xəstəliyi də var.
Onu da qeyd edək ki, tattoo vurulduqdan sonra üzəri streclə sarınır. İki saat sonra strec açılır və yerinə ustanın məsləhət gördüyü krem çəkilir. Bir həftə ərzində qabıq bağladıqdan sonra isə sağalır.
