Təbii ətraf mühitin qorunması və layihələrin təsiri: ekoloji çağırışlar və həll yolları
Son illərdə sənaye və şəhərsalma layihələri, infrastruktur inkişafı və digər layihələr təbii ətraf mühitə əhəmiyyətli təsir göstərir. Su, torpaq və hava keyfiyyətinin qorunması, biologiya müxtəlifliyinin saxlanması və ekosistemlərin davamlılığı cəmiyyət üçün aktual problemlərdən biridir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Rəhilə Əhmədova bildirib ki, ətraf mühitin qorunması ilə bağlı layihələr olsa, ictimaiyyətə çatdırılar:
“Əvvəllər layihələr daha çox idi. İndi də var. Startap layihələrində qalib gələnlərə marağı artırmaq üçün mükafat verilirdi. Universitetlərdə istehsalatla birgə mütəşəkkil işlər keçirilir. 20-25 il bundan əvvəl biz qrafik tuturduq və həmin məktəblərə gedirdik. Bütün siniflərə maatifləndirmə keçirdik. Layihələr yalnız gəlir məqsədi güdməməlidir. İqtisadi gəlirdən başqa ətraf mühitin mühafizəsinə də nəzər yetirilməlidir. Tullantılar, qazlar təmizlənərək ekosistemə atılmalıdır. Dövlət və özəl sektor layihələrində isə ekoloji standartların tətbiqi yetəri səviyyədə deyil”.
Banu Məmmədova
