00:00:00
Yazar
Admin User
26.08.2025 07:28 92 1 dəq oxuma
Dünya

Tbilisidə yanğın baş verib

Tbilisidə yanğın baş verib

Avqustun 26-sı səhər Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki dəmir yolu vağzalının ərazisində yanğın baş verib.

 

"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

 

Vağzalın ərazisini qatı tüstü bürüyüb. Bir neçə nəfərin tüstüdən zəhərləndiyi bildirilir, tələfatın olub-olmaması barədə hələlik məlumat verilmir.

 

Yanğının elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər