TBMM üzvü: Türkiyə Azərbaycanın çətinliklərinə laqeyd qala bilməz
Türkiyə Böyük Millət Məclisinin üzvü Azərbaycanın üzləşdiyi humanitar problemlərə münasibət bildirib. O deyib ki, Türkiyə qardaş ölkənin yaşadığı ağrılara laqeyd qala bilməz. Deputat iki ölkə arasındakı həmrəyliyin bundan sonra da davam edəcəyini vurğulayıb.
Mövzu ilə bağlı deputat Azər Allahverənov “İnformator.az”a bildirib ki, ölkələrimiz arasındakı əlaqələr “Bir millət, iki dövlət” prinsipinə dayanır və çox möhkəmdir. Türkiyənin sevinci Azərbaycanın sevinci, dərdi isə dərdidir. Bu münasibət hər iki tərəfdə eyni dərəcədə hiss olunur.
“Son hadisələr də bunu sübut edir. Kahramanmaraş zəlzələsi zamanı Türkiyəyə ilk humanitar yardımı Azərbaycan göndərdi. Xilasedicilərimiz dərhal fəlakət bölgəsinə yollandı”, – deyə deputat qeyd edib.
A.Allahverənov vurğulayıb ki, hər iki ölkənin millət vəkilləri arasında da sıx əlaqələr var. Beynəlxalq platformalarda Azərbaycana qarşı təzyiq olduqda Türkiyə dərhal reaksiya verir. Eynilə Türkiyəyə qarşı mənfi fikir səslənəndə, zalda türkiyəli nümayəndələr olmasa belə, Azərbaycan nümayəndə heyəti kəskin cavab verib.
Aysun Xəlilova