00:00:00
Yazar
Admin User
25.12.2025 17:10 84 2 dəq oxuma
Sosial

Təcili yardım niyə gecikir?

Təcili yardım niyə gecikir?

 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təcili tibbi yardım xidmətinin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Onun “təcili yardım o demək deyil ki, zəng daxil olan kimi ambulans çıxmalıdır” açıqlamasından sonra Bakues.az-ın qaynar xəttinə vətəndaşın göndərdiyi video görüntülər isə əks mənzərəni ortaya qoyub. Kadrlarda “103” xəttinə dəfələrlə edilən zənglərin 5 dəqiqədən çox cavabsız qaldığı görünür.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında həkim, cərrah, səhiyyə üzrə  eksperti Adil Qeybulla bildirib ki, Azərbaycanda səhiyyə, qərbyönümlü islahatlar üzrə gedir:

 

“Sovet səhiyyəsi sistemi qərb səhiyyəsi sisteminə transfer edir. O cümlədən, təhsildə rezidentura, bakalavr sisteminə keçmişik, bundan əlavə ailə həkimi institutu qurulur və təcili yardım da bu istiqamətdə kökündən dəyişməlidir. Sovet təcili yardım sistemi belə qurulmuşdu ki, xəstə zəng vurur, şikayəti bildirir və həkim ora getməlidir, ona yardım göstərməlidir. Amma bütün dünyada sistem başqadır. Xüsusi təxirəsalınmaz hallarda lazımi avadanlıqla, hətta vertolyot yardımı və ya digər başqa ixtisaslaşan yardımla həkim briqadası gedir, xəstəni çıxarıb hospital gətirir. Bizdə necədir? Kiminsə baş ağrıdı, qarnı ağrıdı, dərhal zəng vurur ki, təcili yardım gəlməlidir. Bu mümkün deyil. Bu sistem özünü doğrultmur, həm də iqtisadi baxımdan da sərfəli deyil. Ailə həkimi institutu qurulandan sonra ailə həkimi bu işlərlə məşğul olacaq və tövsiyələr verəcək. Xırda şikayətlər üçün təcili yardım maşınının gəlməsinə heç bir ehtiyac qalmayacaq. Təcili yardım sistemi isə xüsusi hallarda, kütləvi situasiyalarda-alpinistlər dağdan yıxılır, qar uçqunu altında qalır və ya başqa bir hadisə baş verəndə ixtisaslaşdırılan yardım gəlir, xəstəyə ilk yardım göstərib onu götürür. Sistem belə olmalıdır. İndiki tıxaclar şəraitində həkimlər də çatmır. Azərbaycan əhalisinin dörddə üçü Bakı şəhərində toplanıb. Buna necə təcili yardım çatdırılsın, necə həkim çatdırılsın? Bu, mümkün olan bir şey deyil. Ona görə də bəzi şikayətlər obyektiv səbəblərlə bağlıdır. Onu da insanlar nəzərə almalıdır”.

 


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər