00:00:00
Yazar
Aysel Mirzəyeva
20.04.2026 19:42 26 1 dəq oxuma
Siyasət

TDT çərçivəsində Bakı-Bişkek xətti güclənir

TDT çərçivəsində Bakı-Bişkek xətti güclənir

Ceyhun Bayramov və Ceenbek Kulubayev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər.

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Qırğızıstan əməkdaşlığı həm çoxtərəfli formatda, həm də ikitərəfli birbaşa formatda inkişaf edir:

 

“Bu gün Azərbaycanla Qırğızıstan arasında həm ticari, həm iqtisadi, həm də siyasi-diplomatik əməkdaşlıq, qeyd elədiyim formatlarda, həm birbaşa ikitərəfli əməkdaşlıq formatında, həm də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərinə dəstək və ortaq strategiyaların müəyyənləşdirmə istiqamətində inkişaf etdirilir. Heç şübhəsiz ki, Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Qırğızıstanla Cənubi Qafqazın aparıcı lokomotiv ölkəsi olan Azərbaycan arasında əməkdaşlıq, hər iki regionda qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə mühüm bir töhfədir. Eyni zamanda bildiyiniz kimi, Mərkəzi Asiya Məşvərət Samitinə Azərbaycan da tam hüquqlu üzv kimi artıq qoşulub. Bu həm də zamanda Türk Dövlətləri Təşkilatında da bu iki ölkənin əməkdaşlığının bütövlükdə türk dünyasına daha faydalı olması baxımından da çox mühüm əhəmiyyət kəsb edir. Qırğızıstan eyni zamanda Azərbaycan işğalından azad olunmuş ərazilərində quruculuq prosesində də öz töhfəsini vermiş dost və qardaş ölkələrdəndir. Bu baxımdan, bu əməkdaşlığın irəliləyən mərhələdə daha çox fayda verəcəyi qənaətindəyəm”.


Günel Əlili

#yeni #gündəm #xətti #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər