00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
18.09.2026 20:54 57 2 dəq oxuma
Siyasət

TDT türk dünyasının güc mərkəzinə çevrilməsini hədəfləyir

TDT türk dünyasının güc mərkəzinə çevrilməsini hədəfləyir

 

Bakıda Türk Dövlətləri Təşkilatının müxtəlif toplantılarının keçirilməsi türk dünyası arasında əlaqələrin və inteqrasiyanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Keçirilən görüşlərdə türk dövlətlərinin birliyi və beynəlxalq münasibətlərdə daha fəal mövqe tutması ilə bağlı mesajlar səsləndirilib.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki,Azərbaycanın paytaxtı son bir neçə gündə Türk Dövlətləri Təşkilatının toplantılarının keçirildiyi məkan olub və bu toplantılar olduqca önəmlidir:

 

“Həm dini rəhbərlərin, həm də təhlükəsizlik xidmətləri rəhbərlərinin toplantılarının keçirilməsi mühüm hadisələrdir.Bu, onu göstərir ki, Türk Dövlətləri Təşkilatı daha əhatəli əlaqələr sisteminin qurulmasını planlaşdırır. Bu sistem həm cəmiyyətlərin, həm də dövlətlərin inteqrasiya prosesinə mühüm təsir edən amillərdəndir”.

 


Politoloq qeyd edib ki,Bakıda verilən mesajlar həm Türk dünyasına, həm də beynəlxalq ictimaiyyətə ünvanlanıb.

 

Türk dünyasına verilən əsas mesaj ondan ibarətdir ki, biz bir ailəyik, milli, etnik, dini, mədəni və mənəvi bağlılıqlarımız var. Biz bu bağlılıqlardan istifadə edərək güc mərkəzinə çevrilməli və gələcək dünya düzənində aparıcı aktorlardan biri olmalıyıq.Beynəlxalq aləmə isə mesaj ondan ibarətdir ki, biz öz inkişaf istiqamətimizi müəyyənləşdiririk və kənar təzyiqlərin bu prosesə təsir imkanları minimumdur. Biz prinsipial mövqeyimizi müəyyən edib bu istiqamətdə prosesləri aparırıq və beynəlxalq nizamla bağlı öz fikirlərimizi bildiririk.

 

Qeyd edək ki,beynəlxalq təşkilatlar artıq öz funksionallığını itirib və dünyada hazırda ikili standartlar hakimdir. Eyni zamanda, müasir dünyamızda dini, milli və ərazi problemləri var.

 


Politoloqun sözlərinə görə,Bütün bunların öhdəsindən gəlmək üçün Türk Dövlətləri Təşkilatının, Türk dünyasının birliyinə ciddi ehtiyacı var. Azərbaycan da bu prosesdə fəal rol alan dövlətlərdən biridir və hər zaman öncül mövqe tutmağa çalışır.

 

Çünki bizim birliyimiz, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin cəmiyyətlərinin inteqrasiyası gələcək dünya düzənində söz sahibi olmağımızı şərtləndirir. Biz gücə çevrilməsək, beynəlxalq aləmin subyekti və güc mərkəzi olmasaq, o zaman obyektə çevriləcəyik. Bu da bizim inkişafımıza ciddi əngəl törədəcək.Bakıda keçirilən tədbirlərin əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Burada verilən mesajlar da bu toplantıların ruhuna uyğun mesajlardır.

Nurgün Qənizadə

#baki #gündəm #çevrilməsini #dünyasının #mərkəzinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər