00:00:00
Yazar
Admin User
28.01.2016 10:42 474 1 dəq oxuma
Dünya

Tehran Dəməşqə dəstək verməkdə davam edəcək - İran XİN

İran Suriya qarşısında duran təhdidlərin aradan qaldırılmasında bu ölkəyə dəstək verməkdə davam edəcək
Tehran Dəməşqə dəstək verməkdə davam edəcək - İran XİN

\"İran Suriya qarşısında duran təhdidlərin aradan qaldırılmasında bu ölkəyə dəstək verməkdə davam edəcək\".

İnformator xəbər verir ki, bunu “Rassiya sevodnya” Beynəlxalq İnformasiya Agentliyində baş tutan mətbuat konfransında İran xarici işlər nazirinin müavini Hosseyn Amir Abdollahiyan bildirib.

“Biz bir neçə aspektdə Suriyaya dəstək verməkdə davam edəcəyik. İran və Rusiya Suriyanın qarşısında duran təhdidlər qarşısında bu ölkəni dəstəkləyəcək.

Tehran və Moskva hökumətləri Suriyadakı münaqişənin siyasi yolla həlliniqətiyyətlə dəstəkləyir. Biz suriyalılar arasında siyasi doaloq yaratmağa çalışdığı üçün cənab de Misturanın səylərini dəstəkləyirik.

İran sabah Cenevrədə başlayacaq danışıqlar barədə optimist düşünür.\", - iranlı diplomat söyləyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər