00:00:00
Yazar
Elmira Ağayeva
25.05.2026 19:31 27 1 dəq oxuma
Siyasət

Tehran nüvə silahı əldə edənə qədər vaxt qazanmağa çalışır”-ŞƏRH

“Tehran nüvə silahı əldə edənə qədər vaxt qazanmağa çalışır”-ŞƏRH

“Biz dünyaya nüvə silahı axtarmadığımıza zəmanət verməyə hazırıq”.
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.


Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın nüvə silahı əldə etmək istəmədikləri bağlı bu günə kimi İran rəsmilərinin səsləndirdiyi aldadıcı açıqlamaların davamıdır:

 

“Çünki, uranın mülki məqsədlər üçün istifadədən dəfələrlə çox zənginləşdirilməsinin məntiqli izahı yoxdur. Sadəcə olaraq İran nüvə silahı əldə edənə qədər dünyanı aldatmağa çalışır. Belə açıqlamalar İranın yalanlarına inanmaq istəyənlər üçün əlavə dəlil ola bilər. Ancaq belə açıqlamalar ABŞ və İsraili aldada bilməz. İranın nüvə silahı əldə etmək istəmədiyini əsaslı şəkildə sübut etməlidir. Bu isə əməli addımlardan ibarət ola bilər”.

 

Nuray Əliyeva

#İran #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər