00:00:00
Yazar
Banuçiçək Məmmədova
12.03.2026 16:22 21 1 dəq oxuma
Sosial

Teleqram hətta VPN vasitəsilə də işləməyəcək

Teleqram hətta VPN vasitəsilə də işləməyəcək

Teleqram messenceri Rusiyada VPN istifadə edildikdə belə işləməyəcək.

 

"İnformator.az" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Andrey Svintsov deyib.

 

“Roskomnadzor” VPN trafikini izləmək üçün texniki imkanlara malikdir. Teleqram həmçinin VPN vasitəsilə də yavaşlayacaq. Əgər kimsə düşünürsə ki, hamı VPN yükləyib messencerdən istifadə etməyə davam edəcək, sizi məyus etməyə tələsirəm - heç nə işə yaramayacaq”, - o bildirib.

O qeyd edib ki, ölkədə yalnız media işi üçün istifadə edilən qanuni VPN xidmətləri qala bilər.

#işləməyəcək #yeni #gündəm #vasitəsilə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər