00:00:00
Yazar
Admin User
21.11.2025 15:56 133 2 dəq oxuma
Media

Televiziya - sürətə rəğmən etibarı qoruyan mənbə

Televiziya - sürətə rəğmən etibarı qoruyan mənbə

Hər gün evlərdən səsi eşidilən, ölkədə və dünyada baş verən məlumatları bizlərə çatdıran, həm maarifləndirən, həm də bilgiləndirən bir vasitə - televizor cəmiyyətin həyatında böyük əhəmiyyətə malikdir.

 

21 Noyabr - Ümumdünya Televiziya günüdür.

 

Televiziyanın yaranması xalqın həyatında böyük dəyişikliyə səbəb olub, çünki o, insanları həm bir-birinə, həm də dünyada baş verənlərə daha yaxın edir. Evlərin içində yeni bir informasiya, maarif və əyləncə mənbəyi yaranıb. İnsanlar xəbərləri daha operativ öyrənməyə, hadisələri canlı izləməyə, müxtəlif mədəniyyətlər və ölkələrlə tanış olmağa başlayıblar. Televiziya təkcə informasiyanı çatdırmır, eyni zamanda düşüncə tərzini, gündəlik vərdişləri, cəmiyyətin ritmini dəyişdirir. Bir sözlə, ekranın işığı həyatın öz axarını işıqlandırır. Bu gün sosial şəbəkələr və internet həyatımızın bir hissəsinə çevrilib. Baş verən hadisələri, xəbərləri onlar vasitəsilə daha sürətli öyrənirik. Demək olar ki, internet televiziyadan daha böyük auditoriyaya sahibdir. Amma buna baxmayaraq, televiziya öz mövqeyini tam itirməyib. Çünki televiziya hələ də geniş kütlələrə eyni anda təsir edən, informasiyanı daha sistemli və məsuliyyətli şəkildə çatdıran əsas mənbələrdən biridir. Sosial şəbəkələr sürət təklif edirsə, televiziya daha çox etibar və peşəkarlıq təqdim edir. Deyə bilərik ki, insanlar hələ də mühüm siyasi çıxışları, böyük idman tədbirlərini, fövqəladə xəbərləri televiziya ekranından izləməyə üstünlük verirlər. Televiziya cəmiyyət üçün bir növ ortaq məkan, kollektiv izləmə platforması olaraq qalır. Ona görə də internet dövründə belə, televiziya hələ də həyatımızda öz əhəmiyyətini qoruyub saxlayır.

 

Səmayə Səftərova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər