00:00:00
Yazar
Admin User
19.12.2025 19:11 96 2 dəq oxuma
Sosial

Texnologiya və yaradıcılıq

Texnologiya və yaradıcılıq

Müasir dövrdə texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Kompüterlər, planşetlər, proqramlar və digər İT alətləri yaradıcılığı inkişaf etdirməyə kömək edə bilər, amma bəzən insanların öz fikirlərini sərbəst ifadə etməsinə mane də ola bilər. Bəs İT alətləri həqiqətən yaradıcılığı artırır, yoxsa azaldır?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İT mütəxəssisi Elvin Həsənov bildirib ki, texnologiya özü-özlüyündə nə yaradıcılığı azaldır, nə də artırır əsas məsələ ondan necə istifadə etdiyimizdir:

 

"Yəni IT alətləri düzgün istifadə olunanda insanın yaradıcılıq imkanlarını xeyli genişləndirir, amma hazır şablonlara güvənərək istifadə edəndə yaradıcılığı zəiflədə də bilər. Bu gün yaradıcılığa ən çox dəstək verən IT alətlərinə dizayn proqramları, video və musiqi redaktorları, süni intellekt əsaslı ideya generatorları, 3D modelləşdirmə və rəqəmsal rəsm alətlərini deyə bilərik. Məsələn bir dizayner və ya musiqiçi əvvəllər saatlarla vaxt aparan işi indi daha tez görür və enerjisini texniki detallara yox, ideyanın özünə sərf edə bilir. Süni intellekt də bu mərhələdə köməkçi rol oynayır. Eskiz verir, variantlar təklif edir, amma son qərarı yenə insan verir. Gələcəkdə isə texnologiya yaradıcılığı daha da fərdiləşdirəcək. Yəni hər kəs öz imkanına, biliyinə uyğun şəkildə yarada biləcək. Virtual reallıq və süni intellekt insanlara öz ideyalarını daha real və təsirli formada ifadə etmək imkanı verəcək. Təkrar bildirmək istəyirəm bu o demək deyil ki, texnologiya insanı əvəz edəcək. Əksinə, texnologiya alət olacaq, yaradıcı qərar isə yenə insandan gələcək. Texnologiyadan sui-istifadə isə yaradıcılığı azalda bilər. Əgər insan yalnız hazır şablonlardan istifadə edirsə, düşünmədən “copy-paste” edir, süni intellektin verdiyini olduğu kimi qəbul edirsə, bu zaman yaradıcılıq tədricən zəifləyir. Beyin tənbəlləşir, fərqli düşünmə azalır. Yəni texnologiya düşünməyi əlimizdən almır, biz özümüz düşünməkdən imtina edirik".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər