00:00:00
Yazar
Admin User
22.12.2025 17:34 72 1 dəq oxuma
Sosial

"Təhlükə hələ də davam edir"

"Təhlükə hələ də davam edir"

Ağdam rayonunda mülki şəxs minaya düşərək xəsarət alıb. Qarabağ bürosunun məlumatına görə, hadisə Çəmənli kəndi ərazisində baş verib.

Faktla bağlı araşdırma aparılır. Rəsmi qurumlar vətəndaşlara min təhlükəsi olan ərazilərdə ehtiyatlı olmağı və xəbərdaredici nişanlara riayət etməyi tövsiyə edir.

 

Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev “İnformator.az”a açıqlamasında bildirib ki, bu yaşayış şəraiti üçün ciddi təhdiddir:

 

“Ağdam rayonunun Çəmənli kəndində baş vermiş mina partlayışı bölgədə mina təhlükəsinin hələ də ciddi problem olaraq qalmasını bir daha göstərib. Bu təhlükə təkcə insan həyatı üçün deyil, həm də yerli əhalinin gündəlik fəaliyyəti və yaşayış şəraiti üçün ciddi təhdiddir.

 

Qarabağ münaqişəsindən sonra bölgənin geniş əraziləri minalarla çirklənib. Hərçənd ki, mina təmizləmə əməliyyatları intensiv və mərhələli şəkildə aparılır, bu proses hələ də davam etməkdədir. Əməliyyatlar zamanı müasir texnologiyalardan istifadə olunur və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib.

 

Buna baxmayaraq, mina təhlükəsi hələ də mövcuddur. Bu səbəbdən əhali arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılmalı, xüsusən mina riski olan ərazilərdə texniki təhlükəsizlik qaydaları insanlara aydın şəkildə izah edilməlidir. Yerli sakinlər bu qaydalara ciddi əməl etməli və təhlükəli ərazilərdən uzaq durmalıdırlar.

 

Əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həm texniki, həm də maarifləndirici tədbirlərin kompleks şəkildə davam etdirilməsi vacibdir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər