00:00:00
Yazar
Admin User
30.12.2025 11:26 91 1 dəq oxuma
Sosial

Təhsil yoxsa dolanışıq?

Təhsil yoxsa dolanışıq?

Son illər tələbələrin təhsil aldıqları dövrdə işləməyə məcbur qalması aktual sosial problemlərdən biri kimi gündəmdədir. Artan yaşayış və təhsil xərcləri fonunda mövcud təqaüd və sosial dəstək mexanizmlərinin tələbələrin real ehtiyaclarını nə dərəcədə qarşıladığı sual doğurur.


Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı “İnformator.az”a açıqlamasında bildirib ki, tələbələrin bir çoxu daimi yaşayış yerindən uzaqda təhsil aldıqları üçün onların ev və yeməklə təminatı daha çox xərc tələb edir:


“Eyni zamanda ödənişli təhsil alan tələbələrin maddi durumu daha da çətinləşir. Bu xərclərə nəqliyyat, təhsil xərcləri və digər cari xərclər də əlavə edildikdə kifayət qədər yuksək məbləğ formalaşır. Belə olduqda aztəminatlı ailələr çətinliklə üzləşir. Ona görə də tələbələr xərclərinin bir hissəsini qarşılamaq üçün işləməli olurlar. Lakin yarımgünlük iş rejimi və ya axşam işləri onlara əlavə çətinlik yaradır. Sosial baxımdan həssas qruplara dövlət tərəfindən müəyyən köməklik göstərilsə də digər kateqoriyadan olan aztəminatlı tələbələr çətinlik çəkirlər. Təqaüdlərin miqdarı isə onların ev kirayə haqlarını belə qarşılamır. Yaxşı olardı ki, bütün universitetlərin yataqxanası olsun. İş adamlarının tələbələrə iş verən zaman onları nəzərə alması onların ən böyük xeyriyyə işi olardı. Cəmiyyət olaraq tələbələrə qayğı görsətməliyik Tələbə təhsil kartlarında daha çox güzəştlər olmalıdır”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər