00:00:00
Yazar
Admin User
12.11.2025 18:21 101 1 dəq oxuma
Sosial

Təhsildə rəqəmsal müraciət sistemi: effektivlik və çağırışlar

Təhsildə rəqəmsal müraciət sistemi: effektivlik və çağırışlar

Son həftələrdə Elm və Təhsil Nazirliyinə 31 mindən çox vətəndaş müraciəti daxil olub. Bu müraciətlər əsasən şagird yerdəyişməsi, ekstern imtahanların keçirilməsi məktəbəqədər təhsilə qəbul və rəqəmsal sistemlərin istifadəsi kimi sahələri əhatə edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Elçin Muradov bildirib ki, şagirdlərin yerdəyişməsi məsələsinin əsas səbəblərindən biri ailə daxilindəki dəyişikliklər ola bilər:

 

“Məsələn, ailənin yaşayış yerini dəyişməsi, uşağın məktəbdə qarşılaşdığı çətinliklər və ya təhsil resurslarına çıxış imkanlarının fərqliliyi bu qərarın əsasını təşkil edir. Belə hallarda rəqəmsal müraciət sistemi vasitəsilə müraciətlərin elektron şəkildə qeydiyyata alınması prosesin sürətləndirilməsinə və şəffaflığın təmin olunmasına imkan yaradır. Ekstern imtahanlarının keçirilməsinin əsas məqsədi şagirdlərin attestat əldə etmək istəyi ilə bağlıdır. Attestat olmadan tələbələr təhsilini davam etdirə bilmir və gələcək iş imkanlarında ciddi məhdudiyyətlərlə üzləşirlər. Bu baxımdan rəqəmsal müraciət sistemləri yalnız müraciətləri qeydə almaqla kifayətlənmir, həm də təhsilin davamlılığının təmin olunması üçün mühim vasitə hesab olunur.

 

Məktəbəqədər təhsil sahəsində tətbiq olunan imtiyazlar da təhsilin əsaslarını möhkəmləndirmək baxımından olduqca vacibdir. Araşdırmalar göstərir ki, uşağın ilkin təhsil mərhələsində aldığı bilik və bacarıqlar onun gələcək akademik nailiyyətləri üçün baza rolunu oynayır. Beləliklə, rəqəmsal müraciət sistemləri yalnız müraciətlərin idarə olunmasını deyil, həm də təhsil siyasətinin strateji məqsədlərinə nail olunmasına xidmət edir”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər