Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dair Fəaliyyət Planı təsdiq edilib
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həlli tapşırılıb.
Qeyd edək ki, dövlət başçısı 2013-cü ilin oktyabrın 24-də imzaladığı sərəncamla Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasını təsdiq edib.
