00:00:00
Yazar
Admin User
22.12.2025 17:40 99 2 dəq oxuma
Sosial

“Tibb bacılarının evlərdə iynə vurmalarına icazə yoxdur”

“Tibb bacılarının evlərdə iynə vurmalarına icazə yoxdur”

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, tibb bacılarının evdə iynə vurmasına icazə yoxdur və bu, ciddi həyati təhlükələr yarada bilər; gələcəkdə bütün bölgələrdə tibb məntəqələrinin qurulması planlaşdırılır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında proffesor Adil Qeybulla bildirib ki, biz istənilən bir qayda-qanunu ölkəmizdə tətbiq edərkən dünya təcrübəsinə diqqət etməliyik:

 

“Dünyanın heç yerində evdə hansısa inyeksiya etmək, sonra venadaxili sistem dediyimiz infuziyalar etmək icazəsi yoxdur. Əgər belə bir hal baş verərsə və bundan bir ağırlaşma olarsa, bu, çox ciddi bir hüquqi məsuliyyət yarada bilər. Ona görə də, dünyada belə bir şey yoxdur, bizdə də olmamalıdır. Biz buna adət eləmişik, uzun müddətdir evdə bir tibb bacısı tapmaq, sistem köçürmək və s. Yəni bunlar əslində dayandırılmalıdır. İkincisi, evdə inyeksiyalar və infuziyalar aparmağın neqativ tərəfləri odur ki, burada sterillik aseptik konseptika qaydaları necə gözlənilir? Onlar bilmir. Tibb bacılarının böyük əksəriyyəti, niyə mən böyük əksəriyyəti deyirəm, onların hətta tibb məktəblərində oxuyanlar da, görürsünüz ki, kifayət qədər nəzəri savadları yoxdur, böyük əksəriyyət də, gedib ordan burdan müxtəlif idarələrdən, saxta diplomlar alırlar, 3 ay kurs keçirlər və s. Bu diplomların heç bir hüquqi qüvvəsi yoxdur. Yəni bunları Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi tanımır, tanıya bilməz. Ona görə də, bu məsələ çox ciddidir. Digər məsələ də  ağırlaşmalardır. Əgər bu infeksiyadan hər hansı bir anafilaktik şok olacaqsa, ev onun qarşısını necə ala bilər? Ona görə də, antibiotikdən digər dərmanlardan evdə ölüm halları xeyli var. Hətta stasionarda bəzən bunun qarşısını almaq çətin olur, nəinki evdə. O baxımdan da mən düşünürəm ki, bunun artıq vaxtıdır ki, evdə infeksiyalar və infuziyalar olunmasın “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər