00:00:00
Yazar
Admin User
05.02.2026 17:45 44 2 dəq oxuma
Sosial

Toksik insanlar kimlərdir və onlardan necə uzaq durmalı?

Toksik insanlar kimlərdir və onlardan necə uzaq durmalı?

Müasir dövrdə bir çox insan səbəbini anlamadığı yorğunluq, narahatlıq və motivasiya itkisi yaşayır. Psixoloqlar bunun əsas səbəblərindən birinin “toksik münasibətlər” olduğunu bildirirlər. Bəs toksik insanlar kimlərdir, onları necə tanıya bilərik və belə insanlardan özümüzü necə qoruya bilərik?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, psixologiyada toksik insan dedikdə davamlı şəkildə qarşı tərəfin emosional enerjisini azaldan, özünü dəyərsiz hiss etdirməklə, manipulyasiya, günahlandırma və nəzarət yolu ilə münasibətdə üstünlük qurmağa çalışan şəxslər nəzərdə tutulur:

 

"Bu insanlar bəzən açıq aqressiv, bəzən isə passiv şəkildə zərər verirlər. Onlarla ünsiyyətdən sonra insan özünü yorğun, günahkar və ya kifayət qədər yaxşı deyilmiş  kimi hiss edir.

 

Uzun müddət toksik mühitdə qalmaq hansı fəsadlara gətirib çıxara bilər? Uzun müddət toksik münasibətdə və ya mühitdə qalmaq özünəinamın zəifləməsinə, xroniki stressə, emosional tükənməyə və narahatlıq pozuntularına səbəb ola bilər. İnsan zamanla öz hisslərinə və qərarlarına şübhə etməyə başlayır. Bu vəziyyət depressiv əlamətlərin yaranmasına, sosial təcridə və sağlam münasibət qurmaqda çətinliklərə yol aça bilər. Buna görə toksik mühiti tanımaq və şəxsi sərhədləri qorumaq psixoloji sağlamlıq üçün olduqca vacibdir.

 

Psixologiyada “toksik insan” anlayışı nə deməkdir?

 

Psixologiyada toksik insan anlayışı başqaları ilə münasibətlərdə davamlı mənfi emosiyalar yaradan, qarşı tərəfi günahlandıran, manipulyasiya edən və ya dəyərsiz hiss etdirən şəxsləri ifadə edir. Bu insanlar ünsiyyətdə empati göstərməkdə çətinlik çəkir, məsuliyyəti üzərlərinə götürmür və münasibətlərdə psixoloji gərginlik yaradırlar. Onlarla təmasdan sonra insan özünü yorğun, narahat və emosional olaraq zəifləyən hiss edir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər