00:00:00
Yazar
Admin User
26.09.2023 19:33 488 2 dəq oxuma
Sosial

TOP-ATƏŞ SƏSLƏRİ İLƏ AÇILAN SENTYABR SƏHƏRİ...

TOP-ATƏŞ SƏSLƏRİ İLƏ AÇILAN SENTYABR SƏHƏRİ...

Mən müxbir, əslən Goranboy rayonundan olan Çinarə Muradova.

 

Uşaqlıqdan bəri bir azərbaycanlı olaraq içimizdə Qarabağ həsrəti olub. Əsl müharibənin şahidi olmadan əvvəl filmlərdən, kitablardan, tarixdən bu dəhşət haqqında bizlərdə fikir formalaşıb. Ermənilərin necə vəhşi xalq olduqlarını keçdiyimiz tarixdən öyrənmişik. Öz vəhşiliklərinin başlıca sübutu Xocalı faciəsidir. Onlar törətdikləri terror aktları ilə dünyaya sübut etdilər ki, insan adına layiq olmayan canlıdırlar.


İlk dəfə müharibə səslərini 2016-cı ildə aprelin 1-dən 2-nə keçən gecədən başlayan Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının arasında baş verən hərbi birləşmələr zamanı eşitmişdim. Bu dördgünlük müharibə mən və mənimlə bərabər müharibə zonasında yaşayan sakinlərə psixoloji cəhətdən çox təsir etmişdi. Həmin günlərdə də qazi və şəhidlərimiz oldu. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Bir çox ərazilərimiz işğaldan azad olundu.


4 il sonra 2020-ci il sentyabr ayının 27-si ağlımdan heç vaxt silinməyəcək bir hadisə baş verdi, bu hadisə 44 günlük müharibənin başlaması idi. Ermənilər bizə yaxın olan Gəncədə terror aktları törətdilər. Hər an, hər saniyə onların atdıqları raket bizim evə düşəcək həyəcanı ilə yaşayırdım. Hər səs gəldikdə "görəsən, hansı evin ocağı söndü?" deyə düşünürdüm. Atılan toplar, güllələr, raketlər evimizin pəncərələrini silkələdirdi. Bir dəqiqə sonra nə olacağını bilmirdik. Yaralıları daşıyan ambulans səsləri, başımızın üstündə gəzən droun, televiziyada "Şəhidin var, Azərbaycan" səsi qulağımızda əks-səda verirdi. Anaların fəryadı, uşaqların "ata" deyib ağlamağı bunları necə unutmaq olar?! Hər biri qəlbimizin bir hissəsində yaraya çevirilib. Hər şəhidlə bərabər bir ev, bir ümid, bir arzu sönürdü...

 

Onlara bir dəfə dəyən güllə biz Azərbaycan xalqının qəlbinə min dəfə dəyirdi. Bu, düşmənə olan nifrətimizi daha da artırırdı. Bunların hamısı gözlərini torpaqlarımıza dikən oğru ermənilərə görə olub, amma torpaqlarımızın işğaldan azad olunduğunu öyrəndikcə "bəli, keçirilən həyəcana, qorxuya dəydi" dedik.

 

30 il işğal altında olan torpaqlarımız geri qayıdırdı. Biz Qarabağı şəkillərdə deyil, canlı görəcəkdik. Bu, bizim üçün çox sevindirici bir hal idi. Günlər sonra o qələbə xəbərini aldıq. Prezident İlham Əliyevin qələbə xəbəri hamımızı göz yaşlarına boğdu. Bu xəbər 30 ilin həsrəti idi. O dəhşətli müharibə günlərini, canla-başla döyüşən igidlərimizi əsla unutmayacağıq...

 

Bu xəbəri Cənab İlham Əliyevin siyasətinə, şəhidlərimizin öz canını fəda etməsinə, qazilərimizin qəhrəmanlığına borcluyuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər