00:00:00
Yazar
Admin User
06.02.2026 09:00 58 2 dəq oxuma
Siyasət

Tramp

Tramp

ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, Rusiya və ABŞ arasında Strateji Hücum Silahlarının Azaldılması (START) Müqaviləsinin bəzi müddəaları qüvvədə saxlanmaq əvəzinə, yeni və modernləşdirilmiş müqavilə hazırlanmalıdır. Trampın fikrincə, köhnə müqavilə ABŞ vasitəsilə düzgün bağlanmayıb və ciddi pozuntulara məruz qalıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı, siyasətçi Vüqar Bayramov bildirib ki, bütövlükdə Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası formalaşdıqdan sonra qlobal məsələlərə münasibətin dəyişməsi müşahidə olunur:

 

“Amerika Birləşmiş Ştatlarının qlobal məsələlərdə mövqeyinin, eləcə də, təhsil imkanlarının daha da möhkəmlənməsini hiss edirik. Rusiya ilə ABŞ arasındakı START müqaviləsi uzunmüddətdir ki müzakirə olunan məsələlərdən biridir. Tərəflərin bununla bağlı fərqli təklifləri var və artıq yeni sistem formalaşır. Qlobal geosiyasi vəziyyət də fərqlidir. Buna uyğun olaraq ABŞ-də məhz START müqaviləsinin hücum silahlarının azaldılması ilə bağlı anlaşmanın dəyişilməsində marağını nümayiş etdirir. Çünki bir tərəfdən biz Rusiya-Ukrayna müharibəsinin davam etməsini müşahidə edirik. Digər tərəfdən, ABŞ-nin Prezidentinin səyləri nəticəsində dünyanın fərqli bölgələrində müharibələrin dayanması və sülhün əldə edilməsi istiqamətində real addımların atılması müşahidə edilib. Bütün bunlar, təbii ki, START müqaviləsinə yenidən baxılmasının Vaşinqtonun gündəliyinə daxil olmasına gətirib çıxarıb. Hər halda, bu, müzakirələr tələb edən bir məsələdir. Çünki burada tələblərin öhdəliyi var. Amma START müqaviləsi ilə bağlı ABŞ vasitəsilə, eləcə də Birləşmiş Ştatların Prezidentinin son açıqlaması ondan xəbər verir ki, bütövlükdə dünya yeni sistemə daxil olur”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər