00:00:00
Yazar
Zəri Bayramlı
06.04.2026 22:05 20 1 dəq oxuma
Siyasət

Tramp: ABŞ İranda qalan pilotun xilas edilməsi üçün 155 təyyarə cəlb edib

Tramp: ABŞ İranda qalan pilotun xilas edilməsi üçün 155 təyyarə cəlb edib

ABŞ İranda qalan pilotun xilas edilməsi üçün genişmiqyaslı əməliyyat həyata keçirib.

“İnformator.az” “Sky News”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı aldadıcı taktikalardan istifadə olunaraq iranlılara pilotun başqa ərazidə olduğu təsiri yaradılıb.

“ABŞ ordusu yüksək dəqiqlik və peşəkarlıqla real əraziyə daxil oldu, düşmənlə döyüşdü, zabiti xilas etdi və bütün təhdidləri aradan qaldırdı”, - deyə o qeyd edib.

Tramp əlavə edib ki, pilot təxminən 48 saat İran ərazisində qaldıqdan sonra itki verilmədən çıxarılıb, hazırda onların vəziyyəti yaxşıdır.

"Əməliyyatda 155 təyyarə, o cümlədən bombardmançılar, qırıcılar, yanacaqdaşıyan təyyarələr və xilasetmə vasitələri istifadə olunub, onların bir hissəsi isə diqqəti yayındırmaq üçün cəlb edilib", - Ağ Ev rəhbəri deyib.

#gündəm #xəbər #baki #edib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər