00:00:00
Yazar
Admin User
16.07.2023 09:06 308 1 dəq oxuma
Siyasət

Tramp: “ Bayden tarixin ən səriştəsiz prezidentidir”

Tramp: “ Bayden tarixin ən səriştəsiz prezidentidir”

Birləşmiş Ştatların 45-ci Prezidenti Donald Tramp dövlət əhəmiyyətli sənədlərin saxlanmasına görə ittiham edildikdən sonra hazırkı dövlət başçısı Co Baydenə qarşı ritorikasını sərtləşdirib.

 

İnformator.az xəbər verir ki, bir qrup gənc qarşısında çıxış edən Tramp Baydeni ABŞ tarixinin ən səriştəsiz  prezidenti adlandırıb. “Bundan altı ay sonra hər biriniz həyatınızın ən vacib seçkisində səs verəcəksiniz. Bu, ölkəniz, azadlığınız və gələcəyiniz üçün əhəmiyyətli səsvermə olacaq. Biz çətinlik çəkirik, ölkəmiz bəla içindədir. Seçki ABŞ-nin faşist, yoxsa azad ölkə kimi mövcud olacağına qərar verəcək” deyən Tramp gəncləri seçimlərini düzgün etməyə çağırıb. Sitat – “Seçiminizi elə edin ki, Amerika yeni zirvələri fəth etsin. Mənim prezidentlik vəzifəsinə hörmətim var. Amma son üç həftə ərzində Bayden  haqqında heç bir prezident haqqında heç vaxt demədiyim şeyləri deyirəm. O, korrupsioner, səriştəsiz adamdır və ölkəmizi məhv edir və biz onu əvəzləməliyik”.  

Jalə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər