Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında Qəzza zolağındakı vəziyyəti həll etmək üçün Sülh Şurasının işində iştirak etməyə dəvət olunan bütün ölkələrin sonda bu təşəbbüsə qoşulacağını bildirib.
“İnformator.az” “Teleqraf”a istinadən xəbər verir ki, Tramp çıxışında bildirib: "Demək olar ki, hər kəs şuraya qoşulmaq dəvətini qəbul edib, qəbul etməyənlər də qəbul edəcəklər. Əksər ölkələr dərhal iştirak etməyə razıdırlar. Hamısı, əksəriyyəti dərhal qoşulur. Bəzi ölkələrə ehtiyacımız yoxdur, çünki onlar baş ağrısıdır. Onlarla məşğul olacağıq", - deyə Tramp əlavə edib və konkret olaraq hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.
