Tramp Dana təklifinin zarafat olduğunu açıqlayıb
ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana White-ı Ağ Evin mətbuat katibi vəzifəsinə dəvət etməsi ilə bağlı açıqlamasının zarafat olduğunu bildirib.
Tramp bazar günü jurnalistlərə açıqlamasında Dana White-ın bu ideyanı bəyəndiyini, lakin təklifin sadəcə zarafat məqsədi daşıdığını deyib.
Hadisə Trampın şənbə günü “Truth Social” hesabında Dana White-a mətbuat katibi vəzifəsini təklif etməsindən sonra gündəmə gəlib. O, paylaşımında White-ın digərlərindən fərqli mətbuat katibi olacağını qeyd edib və onu vəzifəni qəbul etməyə çağırıb.
Dana White isə şənbə günü jurnalistlərə açıqlamasında artıq kifayət qədər işi olduğunu bildirib. O, bazar ertəsi Tramp ilə görüşəcəyini desə də, təklifi qəbul edib-etməyəcəyi barədə danışmayıb.
Tramp görüşün başqa səbəblərlə bağlı olduğunu vurğulayaraq White-ın Vaşinqtona gələcəyini bildirib.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi vəzifəsi oktyabr ayından vakantdır. Bundan əvvəl bu vəzifəni tutan Katie Zacharia cəmi beş gündən az müddət sonra istefa verib. Dana White isə UFC ilə yanaşı, PowerSlap və Zuffa Boxing şirkətlərinə rəhbərlik edir. O, həmçinin Meta şirkətinin idarə heyətinin üzvüdür.
BBC
Fidan Alışova