Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının tezliklə açılacağını və İranın artıq məğlub edildiyini bəyan edib.
“İnformator.az” xəbər verir ki, bu barədə o, “New York Post” qəzetinə müsahibəsində bildirib.
“Düşünürəm ki, o özü açılacaq. Mənim mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın”, – deyə Tramp qeyd edib.
O, həmçinin İranın “tam məhv edildiyini” deyib.
“Biz orada çox qalmayacağıq. Sadəcə onları yer üzündən silirik. Bu, tam məhvetmədir”, – deyə Tramp qeyd edib.