Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
"İran münaqişənin həlli prosesinin bir hissəsi olaraq ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir”.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"İran çox böyük güzəştlər edir. Görək bundan sonra nə olacaq. Hər şey çox yaxşı gedir", - Tramp Konqresdə jurnalistlərlə görüşü zamanı bildirib.