Tramp: "İran münaqişənin dayandırılması ilə bağlı "əhəmiyyətli təklif" verib"
Tehran münaqişənin dayandırılması ilə bağlı Vaşinqtona "əhəmiyyətli təklif" verib, lakin ABŞ onu yetərli hesab etmir".
“İnformator.az” TASS agentliyinə istinadən xəbər verir, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Onlar bir təklif irəli sürüblər və bu, əhəmiyyətli təklifdir. Bu, ciddi addımdır. Kifayət qədər yaxşı olmasa da, əhəmiyyətli addımdır', - deyə o bildirib.
Vaşinqton administrasiyasının rəhbəri iddia edir ki, İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatının başa çatması Tehran rəsmilərinin qərarlarından asılıdır.
"Əgər İranın vəzifəli şəxsləri etməli olduqlarını etsələr, müharibə çox tez bitə bilər. Onlar müəyyən şeyləri etməlidirlər", - deyə ABŞ lideri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bəyan edib.